in English



























Korporativ elektron poçt

@aic.az
login
3-6 dekabr 2007-ci il tarixlərində Almaniyanın Frankfurt şəhərində Azərbaycan-Almaniya biznes forumunda Azərbaycan İnvestisiya Şirkətinin İcraçı direktoru cənab Anar Axundov iştirak etmişdir.
[18.12.2007]

Azərbaycan İnvestisiya Şirkətinin İcraçı direktoru cənab Anar Axundov 3-6 dekabr 2007-ci il tarixlərində Almaniyanın Frankfurt şəhərində Azərbaycan-Almaniya biznes forumunda iştirak etmişdir. Forumda cənab Anar Axundov Azərbaycanda investisiya mühiti və imkanları, Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti, məqsədləri və icra olunan layihələr haqqında ətraflı məlumatı forum iştirakçılarının diqqətinə çatdırmışdır.



ətraflı


Qaradağ Sement" ASC
[17.12.2007]

7 dekabr 2007-ci il tarixində Azərbaycan İnvestisiya Şirkəti ilə "Qaradağ Sement" ASC-nin əsas səhmdarı olan İsveçrənin "Holcim" şirkəti arasında AİŞ-in "Garadağ Sement" ASC-in səhmdarları sırasına daxil olması barəsində Memorandum imzalanmışdır.



ətraflı


28.11. 2007-ci il tarixində AİŞ-in və Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə "Milk-Pro" MMC-nin Hövsan qəsəbəsində yeni süd emalı zavodunun təməl qoyma mərasimi keçirilmişdir
[30.11.2007]

Noyabr ayının 28-də Azərbaycan İnvestisiya Şirkətinin və Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə "Milk-Pro" MMC-nin Hövsan qəsəbəsində gündəlik istehsalat gücü 150 ton olacağı planlaşdırılan yeni süd emalı zavodunun təməl qoyma mərasimi keçirilmişdir.



ətraflı


20 noyabr 2007-ci il tarixində Azərbaycan İnvestisiya Şirkətinin Müşahidə Şurasının növbəti iclası keçirilmişdir
[22.11.2007]

İclasda AİŞ-in daha iki layihədə iştirakı barədə qərar qəbul olunmuşdur.



ətraflı


AİŞ ilə KEPCO arasında Anlaşma Memorandumu imzalanmışdır.
[19.11.2007]

Noyabrın 15-də Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə Koreya Elektrik Enerji Korporasiyası (KEPCO) arasında Ələt qəsəbəsində müstəqil elektrik stansiyasının inşasına dair Anlaşma Memorandumu imzalanmışdır. Sənədi Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Anar Axundov və KEPCO şirkətinin vitse-prezidenti Jin-Sik Kim imzalamışdır.



ətraflı


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15