"M-Pro" MMC-yə investisiya qoyuluşu barədə qərar qəbul olunmuşdur [30.03.2007]
Azərbaycan İnvestisiya Şirkətinin Müşahidə Şurasının 30 mart 2007-ci il tarixli iclasında süd və süd məhsullarının, habelə təbii şirələrin istehsalı üzrə fəaliyyət göstərən "Milk-Pro" məhdud məsuliyyətli cəmiyyətinə investisiya qoyuluşu barədə qərar qəbul olunmuşdur.
ətraflı
Beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi və xarici investorlar şəbəkəsinin genişləndirilməsi [31.01.2007]
Ölkə iqtisadiyyatının qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi sahəsində beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi və xarici investorlar şəbəkəsinin genişləndirilməsi istiqamətində aparılan işlər sırasında investisiya təşkilatlarının peşəkar birliklərində iştiraka böyük diqqət yetirən Azərbaycan İnvestisiya Şirkəti cari ilin yanvar ayında Avropa Birbaşa İnvestisiyalar və Vençur Kapitalı Assosiasiyasına (European Private Equity and Venture Capital Association - EVCA), habelə İnkişaf edən Bazarlara Birbaşa İnvestisiyalar Assosiasiyasına (Emerging Markets Private Equity Association - EMPEA) üzv qəbul olunmuşdur.
ətraflı
"Milk-Pro" MMC ilə Anlaşma memorandumu imzalamışdır [18.12.2006]
Ölkə iqtisadiyyatının qeyri-neft sektoruna investisiyaların təşviqi məqsədi ilə yaradılmış Azərbaycan İnvestisiya Şirkəti ilk investisiya qoyuluşunun gerçəkləşdirilməsi üçün əsasların yaradılması məqsədi ilə dekabr ayının 14-də süd və süd məhsullarının, habelə təbii şirələrin istehsalı ölkədə aparıcı mövqelərdən birini tutan "Milk-Pro" məhdud məsuliyyətli cəmiyyəti ilə Anlaşma memorandumu imzalamışdır.
ətraflı
Cənab A.Axundov ABŞ investorlarının geniş dairəsi ilə işgüzar görüşlər keçirmişdir [11.12.2006]
Azərbaycan iqtisadiyyatının inkişaf potensialı və ölkədə mövcud olan əlverişli investisiya mühiti barədə xarici investorların məlumatlandırılması, habelə ölkə iqtisadiyyatının qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi üçün investorlar şəbəkəsinin genişləndirilməsi məqsədi ilə cari ilin noyabr ayının sonlarında Amerika Birləşmiş Ştatlarına səfəri zamanı Azərbaycan İnvestisiya Şirkətinin İcraçı direktoru cənab A.Axundov investorların geniş dairəsi ilə işgüzar görüşlər keçirmişdir.
ətraflı
29 noyabr 2007-ci il tarixində İslam İnkişaf Korporasiyasının və Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə müştərək investisiya şirkəti təsis edildi. [29.11.2006] Bu gün İslam İnkişaf Korporasiyasının və Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə müştərək investisiya şirkəti təsis edildi. Təsis sənədlərini Azərbaycan İnvestisiya Şirkətinin İcraçı direktoru cənab Anar Axundov, və İslam İnkişaf Korporasiyasının İcraçı direktoru, cənab Xaled Al-Abudi imzaladı."Xəzər Beynəlxalq İnvestisiya Şirkəti" ("Caspian İnternational İnvestment Company") adlanacaq, müştərək investisiya şirkəti, şəriət prinsiplərinə zidd fəaliyyət göstərən müəssisələr (spirtli içkilərin, donuz əti məhsullarının istehsalı), habelə ənənəvi maliyyələşdirmə və sığorta xidmətlərini göstərən banklar və sığorta təşkilatları istisna olmaqla, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorundakı müəssisələrə investisiya qoymaq hüququna malik olacaq.
ətraflı
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15
|