29 yanvar 2008-ci il tarixində Azərbaycan İnvestisiya Şirkətinin Müşahidə Şurasının növbəti iclası keçirilmişdir
31.01.2008
29 yanvar 2008-ci il tarixində Azərbaycan İnvestisiya Şirkətinin Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. İclasda, Azərbaycan İnvestisiya Şirkətinin "Qaradağ Sement" ASC-yə investisiya qoyuluşu barəsində qərar qəbul edilmişdir. Ümumi dəyəri 327.000.000 avro olan layihə, sement zavodunun istehsal gücünün artırılmasını, klinkerin 0.8 mln. tondan 1.2 mln. tona qədər, sement istehsalının isə 1.3 mln. tondan 1.7 mln. tona qədər artırılmasını nəzərdə tutur. Layihədə enerjinin 50%-dən az istifadə edilməsi və ətraf mühitə daha az mənfi təsirin göstərilməsi də planlaşdırılmışdır.AİŞ-in müşahidə şurası, Azərbaycan İnvestisiya Şirkətinin sözügedən layihədə iştrakını və "Qaradağ Sement" ASC-nin səhmlərin 10%-nin alınması müqabilində, 13.00.000 avro məbləğində investisiya qoyuluşu barəsində qərar qəbul etmişdir.Layihənin reallaşdırılması məqsədilə xaricdən investisiyaların da cəlb edilməsi planlaşdırılır. Xatırlatmaq istərdik ki, Azərbaycan İnvestisiya Şirkəti ilə "Qaradağ Sement" ASC-nin əsas səhmdarı olan İsveçrənin "Holcim" şirkəti arasında Anlaşma Memorandumu 2007-ci ilin 7 dekabr tarixində imzalanmışdır. AİŞ-in müşahidə şurasının bu dəfəki iclasında həmçinin Azərbaycan İnvestisiya Şirkətinin 2008-ci il üçün xərclər smetasıda təsdiq edilmişdir.
|