in English





























Korporativ elektron poçt

@aic.az
login
28 yanvar 2008-ci il tarixində Azərbaycan İnvestisiya Şirkəti ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
29.01.2008

Memoranduma müvafiq olaraq tərəflər arasında aşağıdakı istiqamətlərdə əməkdaşlığa dair razılaşma əldə olunmuşdur:

 

  •   Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna birgə investisiya qoyuluşlarının həyata keçirilməsi;
  •   İqtisadiyyatın müxtəlif sahələrində birgə tədqiqatların aparılması;
  •   Layihələrin birgə qiymətləndirilməsi və maliyyə təhlilinin aparılması;
  •   Potensial investorlar və layihələr barəsində məlumat mübadiləsi;
  •   Birgə investor şəbəkəsinin genişləndirilməsi;
  •   Qara Dəniz Ticarət və İnkişaf Bankının nümayəndələri tərəfindən AİŞ-in əməkdaşları üçün təlimlərin və digər tədris proqramlarının həyata keçirilməsi;
  •   Azərbaycanda fəaliyyət göstərən kommersiya təşkilatlarına birgə texniki dəstəyin göstərilməsi.

Tərəflər həmçinin gələcəkdə marağ doğura bilən digər istiqamətlərdə də qarşılıqlı fəaliyyət göstərmək barəsində razılığada gəliblər.

Onu da qeyd etmək istərdik ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı regional əməkdaşlığın inkişafı prinsiplərini dəstəkləyərək üzv ölkələrində layihələrin maliyyələşdirilməsində və səhm kapitalında iştirakla bağlı layihələrin reallaşmasını həyata keçirir. 2002-ci ildən Azərbaycanda da fəaliyyət göstərən bankın nizamnamə kapitalı 1.5 milyard ABŞ dollarıdır. Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukrayna Qara Dəniz Ticarət və  İnkişaf Bankına üzv olmuş ölkələrdir.