in English





























Korporativ elektron poçt

@aic.az
login
AİŞ-in İcraçı direktoru Anar Axundov və İcraçı direktorunun müavini Riad Qasımov 21-23 yanvar 2008-ci il tarixlərində London şəhərində "Securities Research Associates" Ltd tərəfindən təşkil olunmuş görüşlərdə iştirak
24.01.2008

Səfər zamanı Anar Axundov və Riad Qasımov, "Citation Capital", "Dawnay Day", "Cheyne Capital", "Goldman Sachs", "RAB Capital", və "International Consilium" kimi nüfuzlu investisiya şirkətlərinin rəhbərləri ilə görüşlər keçirmişlər. 

Görüşlərdə Azərbaycanda investisiya mühiti və imkanları, Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti, məqsədləri və icra olunan layihələr haqqında ətraflı məlumat investorların diqqətinə çatdırılmışdır. Eyni zamanda Azərbaycanın qeyri-neft sektorunda potensial maraqlı layihələr və həmin layihələrdə investisiya şirkətlərinin AİŞ ilə birgə iştirak imkanları barəsində müzakirələrdə aparılmışdır.