in English





























Korporativ elektron poçt

@aic.az
login
10-13 dekabr 2007-ci il tarixlərində ABŞ-ın Nyu-York şəhərində "Dövlət və Özəl sektor arasında əməkdaşlıq" mövzusunda təşkil olunan konfransda AİŞ-in İcraçı direktorunun müavini cənab Riad Qasımov iştirak etmişdir
18.12.2007

Azərbaycan İnvestisiya Şirkətinin İcraçı direktorunun müavini cənab Riad Qasımov 10-13 dekabr 2007-ci il tarixlərində ABŞ-ın Nyu-York şəhərində "Dövlət və Özəl sektor arasında əməkdaşlıq" mövzusunda təşkil olunan konfransda iştirak etmişdir.

 

Konfrans zamanı cənab Riad Qasımov Azərbaycanda investisiya mühiti və imkanları, Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti, məqsədləri və icra olunan layihələr haqqında ətraflı məlumatı iştirakçıların diqqətinə çatdırmışdır. Bununla yanaşı, cənab Riad Qasımov xarici investisiya şirkətlərinin rəhbərləri ilə danışıqlar və Azərbaycanın qeyri-neft sektorunda potensial maraqlı layihələr və həmin layihələrdə xarici investisiya şirkətlərinin Azərbaycan İnvestisiya Şirkəti ilə birgə iştirak imkanları barəsində müzakirələrdə aparmışdır.