3-6 dekabr 2007-ci il tarixlərində Almaniyanın Frankfurt şəhərində Azərbaycan-Almaniya biznes forumunda Azərbaycan İnvestisiya Şirkətinin İcraçı direktoru cənab Anar Axundov iştirak etmişdir.
18.12.2007
Azərbaycan İnvestisiya Şirkətinin İcraçı direktoru cənab Anar Axundov 3-6 dekabr 2007-ci il tarixlərində Almaniyanın Frankfurt şəhərində Azərbaycan-Almaniya biznes forumunda iştirak etmişdir. Forumda cənab Anar Axundov Azərbaycanda investisiya mühiti və imkanları, Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti, məqsədləri və icra olunan layihələr haqqında ətraflı məlumatı forum iştirakçılarının diqqətinə çatdırmışdır. Forumda, cənab Anar Axundov Almaniyadan olan investisiya şirkətlərinin rəhbərləri ilə Azərbaycanın qeyri-neft sektorunda potensial maraqlı layihələr və həmin layihələrdə alman investisiya şirkətlərinin və banklarının Azərbaycan İnvestisiya Şirkəti ilə birgə iştirak imkanları barəsində müzakirələr aparmışdır. Biznes forumun davamı Almaniyanın Münxen və Hamburq şəhərlərində keçirilmişdir. Bu şəhərlərdə də keçirilən biznes forumda AİŞ və layihələri haqqında ətraflı məlumat Azərbaycan İnvestisiya Şirkətinin İnvestorlarla Əlaqələr şöbəsinin rəhbəri tərəfindən alman iş adamlarının diqqətinə çatdırılmışdır.
|