Qaradağ Sement" ASC
17.12.2007
7 dekabr 2007-ci il tarixində Azərbaycan İnvestisiya Şirkəti ilə "Qaradağ Sement" ASC-nin əsas səhmdarı olan İsveçrənin "Holcim" şirkəti arasında AİŞ-in "Garadağ Sement" ASC-in səhmdarları sırasına daxil olması barəsində Memorandum imzalanmışdır. İmzalanmış Memoranduma əsasən Azərbaycan İnvestisiya Şirkətinin "Qaradağ Sement" ASC-nin səhmlərinin 10 faizini əldə etməklə ASC-in səhmdarları sırasına daxil olacağı planlaşdırılır. Qeyd edək ki, hal-hazırda "Holcim" şirkəti ASC-nin səhmlərinin 86%-nin, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) isə 10%-lik səhm zərflərinin sahibidirlər.
|