28.11. 2007-ci il tarixində AİŞ-in və Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə "Milk-Pro" MMC-nin Hövsan qəsəbəsində yeni süd emalı zavodunun təməl qoyma mərasimi keçirilmişdir
30.11.2007
Noyabr ayının 28-də Azərbaycan İnvestisiya Şirkətinin və Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə "Milk-Pro" MMC-nin Hövsan qəsəbəsində gündəlik istehsalat gücü 150 ton olacağı planlaşdırılan yeni süd emalı zavodunun təməl qoyma mərasimi keçirilmişdir. Təməl qoyma mərasimində Azərbaycan İnvestisiya Şirkətinin və "Milk-Pro" MMC-nin rəhbərliyi iştirak etmişdir. Layihənin 2008-ci ilin II yarımilliyində başa çatdırılması planlaşdırılır. Yeni süd emalı zavodu, ölkədə süd və süd məhsullarının istehsalının və ixracının genişləndirilməsinə böyük təsir göstərəcəkdir. Hövsan qəsəbəsində tikilən yeni süd emalı zavodunun və eyni zamanda Göyçay rayonunda hazırki süd emalı zavodunun yenidən qurulmasını nəzərdə tutan layihənin ümumi dəyəri 7.817.786 manat olmuşdur. Xatırladaq ki, Azərbaycan İnvestisiya Şirkətinin Müşahidə Şurasının 30 mart 2007-ci il tarixli iclasında "Milk-Pro" MMC-nin nizamnamə kapitalında 20% iştirak payı müqabilində 4.620.887 manat investisiya qoyuluşu barəsində qərar qəbul edilmişdir.
|