in English





























Korporativ elektron poçt

@aic.az
login
20 noyabr 2007-ci il tarixində Azərbaycan İnvestisiya Şirkətinin Müşahidə Şurasının növbəti iclası keçirilmişdir
22.11.2007

20 noyabr 2007-ci il tarixində Azərbaycan İnvestisiya Şirkətinin Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. İclasda AİŞ-in daha iki layihədə iştirakı barədə qərar qəbul olunmuşdur.Bu layihələrdən biri İslam İnkişaf Korporasiyası və Azərbaycan İnvestisiya Şirkəti ilə müştərək investisiya şirkətinin yaradılması ilə əlaqədardır. Müşahidə Şurası, Azərbaycan İnvestisiya Şirkətinin sözü gedən layihədə iştirakını və müştərək investisiya şirkətinin nizamnamə kapitalına iki il ərzində yeni yaradılacaq Şirkətin səhmlərinin 25% müqabilində 14.000.000 (on dörd milyon) ABŞ dolları investisiya qoyuluşu barəsində qərar qəbul etmişdir.

 

Yaradılacaq müştərək investisiya şirkəti, şəriət prinsiplərinə zidd fəaliyyət göstərən müəssisələr (spirtli içkilərin, donuz əti məhsullarının istehsalı), habelə ənənəvi maliyyələşdirmə və sığorta xidmətlərini göstərən banklar və sığorta təşkilatları istisna olmaqla, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorundakı müəssisələrə investisiya qoymaq hüququna malik olacaq. Müştərək investisiya şirkətinin nizamnamə kapitalının yekun miqdarı iki il ərzində 70 mln ABŞ dolları təşkil edəcəkdir. Eyni zamanda layihəyə bir sıra ərəb ölkələrinin özəl investisiya şirkətlərinin vəsaitlərinin də cəlb edilməsi planlaşdırılıb.

İkinci layihə Azərbaycan İnvestisiya Şirkəti tərəfindən  "Dəvəçi-Broyler" ASC-nin nizamnamə kapitalında 25% payın əldə olunması müqabilində 12.000.000 (on iki milyon) manat  investisiya qoyuluşu barəsindədir. Azərbaycan İnvestisiya Şirkəti tərəfindən qoyulacaq investisiya on dörd fermanın təmirinə və yeni avadanlıqlarla təchizatına, səkkiz fermanın istehsalat texnologiyasının dəyişidirlməsinə, mövcud kəsim sexlərinin gücünün artırılmasına və yeni istehsalat həcminə uyğunlaşdırılmasına, toyuq ətindən yarımfabrikatların  istehsalını təşkil edilməsinə və son olaraq Azərbaycanda inkubator yumurtalarının istehsalı ilə məşğul olan yeni birgə müəssisənin nizamnamə kapitalında iştirakına yönələcəkdir.

 

Xatırladaq ki, Azərbaycan İnvestisiya Şirkəti ilə "Dəvəçi Broyler" ASC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu 12 iyul 2007-ci il tarixində imzalanmışdır.