in English





























Korporativ elektron poçt

@aic.az
login
Koreya Elektrik Enerji Korporasiyasının nümayəndələri ilə görüş
25.10.2007

24 Oktyabr 2007-ci il tarixində Azərbaycan İnvestisiya Şirkətinin inzibati binasında Azərbaycan İnvestisiya Şirkətinin İcraçı direktoru Anar Axundovun və İcraçı direktorunun müavini Riad Qasımovun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan Koreya Elektrik Enerji Korporasiyasının (KEEK) nümayəndələri ilə görüş keçirilmişdir.

 

Görüş zamanı KEEK nümayəndələri, Azərbaycanda planlaşdırılan müstəqil enerji istehsalı zavodunun inşası layihəsi haqqında məlumat vermiş və Azərbaycan İnvestisiya Şirkətinin bu layihəyə mümkün investisiya qoyuluşu barəsində müzakirələr aparmışdırlar. Görüş zamanı AİŞ-in yaradılması tarixindən, məqsədlərindən, imkanlarından və hal-hazırda həyata keçirilən investisiya layihələri haqqında qonaqlara ətraflı məlumat verilmişdir. AİŞ Azərbaycanda Koreya Elektrik Enerji Korporasiyası tərəfindən həyata keçiriləcək, müstəqil enerji istehsalı zavodunun inşası layihəsinə investisiya qoyuluşunda marağlı olduğunu vurğulamışdır. Azərbaycan İnvestisiya Şirkətinin İcraçı direktoru Anar Axundov görüş zamanı bu layihənin hər iki tərəf üçün yaxşı imkanlar yaradacağına, maraqlı və mühüm bir layihə olacağına inandığını bildirmişdir.   Görüşdə həmçinin tərəflər arasında məlumat mübadiləsinin və mümkün əməkdaşlığın qurulması məqsədilə növbəti mərhələlərdə fəaliyyətin müəyyənləşdirilməsi qərara alınmışdır.