Riad Qasımovun ABŞ-nin investorları ilə görüşü
23.10.2007
16 Oktyabr 2007-ci il tarixində Azərbaycan İnvestisiya Şirkətinin inzibati binasında Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini Riad Qasımovun başçılığı ilə Amerika Birləşmiş Ştatlarının ölkəmizdə səfərdə olan böyük qrup investor ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycan və ölkəmizin əlverişli investisiya mühiti haqqında ətraflı məlumat qonaqların diqqətinə çatdırılmışdır. Görüş zamanı həmçinin AİŞ yaradılması tarixindən, məqsədlərindən, imkanlarından və hal-hazırda həyata keçirilən investisiya layihələri haqqında qonaqlara ətraflı məlumat verilmiş, gələcəkdə təmsil olunmuş şirkətlərlə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda birgə investisiya layihələrində iştirak edilməsi perspektivləri barəsində investorlar ilə geniş fikir mübadiləsi aparılmışdır. Tədbirdə ABŞ tərəfini Kazimir İnvestment, Kornel Universitetinin İnvestisiya İdarəsi, Tremond Capital, JP Consulting, Quilvest, GenSpring, Ocean View və bir sıra digər investisiya şirkətlərinin rəhbərləri və nümayəndələri təmsil etmişdir.
|