Anlaşma Memorandumu imzalanmışdır
19.09.2007
Külək enerjisi layihəsinin gerçəkləşdirilməsində iştiraka dair Azərbaycan İnvestisiya Şirkəti, "Təmirmaşın" ASC və Almaniyanın "Nordwind Energieanlagen GmbH" şirkəti arasında üçtərəfli Anlaşma Memorandumu imzalanmışdır. Layihənin əsas məqsədi Azərbaycanın Xızı rayonu ərazisində illik gücü 13.200 MV/saat olan 6 külək enerji stansiyasının tikilməsidir. Layihədə tikinti işlərinə 2007-ci ilin son kvartalında başlanılması və ilkin mərhələdə illik orta hesabla 2.200 MV/saat enerji verəcək 6 külək enerji stansiyasının quraşdırılması nəzərdə tutulur ki, bu da bütün quraşdırma işləri qurtardıqdan sonra layihə üzrə illik 13.200 MV/saat enerji hasilatı deməkdir. Layihənin gələcəkdə genişləndirilməsi və mərhələli şəkildə külək dəyirmanlarının sayının artırılması nəzərdə tutulur.
|