in English





























Korporativ elektron poçt

@aic.az
login
Anlaşma Memorandumu imzalanmışdır
27.08.2007

18 avqust 2007-ci il tarixində Azərbaycan İnvestisiya Şirkəti ilə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.


Memoranduma müvafiq olaraq tərəflər aşağıdakı istiqamətlərdə əməkdaşlığa dair razılaşma əldə etmişlər:

 

  • Azərbaycanın özəl sektorunda həyata keçirilən layihələrə və biznesin təşkili imkanlarına dair maraq doğuran məlumatların mübadiləsi;
  • digər tərəfin sorğusu ilə hər hansı bir layihə və ya müəssisəyə dair xüsusi məlumatın təqdim edilməsi və araşdırmaların aparılmasında yardımın göstərilməsi;
  • qiymətli kağızların yerləşdirilməsi, kapitalda iştirak və digər formalarda birgə fəaliyyətin həyata keçirilməsi;
  • "sukuk" əməliyyatlarında birgə iştirak;
  • zərurət olduqda digər tərəfin investisiyasında etibar edilmiş funksiyasının yerinə yetirilməsi;
  • Azərbaycanda investisiya şirkətinin yaradılması;
  • Azərbaycan iqtisadiyyatının qeyri-neft sahələrinə investisiya qoyuluşları şəraitininbirgə qiymətləndirilməsi;
  • Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində birgə marketinq tədqiqatlarının aparılması.