Anlaşma Memorandumu imzalanmışdır
06.08.2007
06 avqust 2007-ci il tarixində Azərbaycan İnvestisiya Şirkəti ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Memoranduma müvafiq olaraq tərəflər aşağıdakı istiqamətlərdə əməkdaşlığa dair razılaşma əldə etmişlər: - Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna birgə investisiya qoyuluşlarının həyata keçirilməsi;
- iqtisadiyyatın müxtəlif sahələrində birgə tədqiqatların aparılması;
- layihələrin birgə qiymətləndirilməsi və maliyyə təhlilinin aparılması;
- potensial investorlar və perspektiv layihələrə dair məlumat mübadiləsi;
- investorlar şəbəkəsinin genişləndirilməsi;
- Asiya İnkişaf Bankının nümayəndələri tərəfindən AİŞ-in əməkdaşları üçün təlimlərin və digər tədris proqramlarının keçirilməsi;
- Azərbaycanda fəaliyyət göstərən kommersiya təşkilatlarına birgə texniki dəstəyin göstərilməsi.
Bunlarla yanaşı tərəflər gələcəkdə maraq doğura biləcək digər istiqamətlərdə də birgə fəaliyyət göstərmək barədə razılığa gəlmişlər.
|