in English





























Korporativ elektron poçt

@aic.az
login
Anlaşma Memorandumu imzalanmışdır
15.07.2007

Yerli istehsalın genişləndirilməsi hesabına ölkədə quş ətinə olan tələbatın ödənilməsinin və bu sahədə daha təkmil texnologiyaların tətbiqinin təmin edilməsi məqsədi ilə 12 iyul 2007-ci il tarixində Azərbaycan İnvestisiya Şirkəti ilə "Dəvəçi Broyler" açıq səhmdar cəmiyyəti arasında əməkdaşlığa dair Anlaşma memorandumu imzalanmışdır.


Memoranduma müvafiq olaraq Azərbaycan İnvestisiya Şirkəti tərəfindən "Dəvəçi Broyler" ASC-nin nizamnamə kapitalında payın əldə olunması nəzərdə tutulub. Payın həcmi və investisiya qoyuluşuna dair digər göstəricilər layihənin texniki-iqtisadi əsaslandırılması başa çatdıqdan sonra müəyyən olunacaq.