Anlaşma Memorandumu imzalanmışdır
06.07.2007
29 iyun 2007-ci il tarixində Azərbaycan İnvestisiya Şirkəti ilə "Asnaf Sənaye Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında quru və soyuducu anbarların inşası layihəsinin həyata keçirilməsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Memorandumla layihənin icrası üçün tərəflərin iştirakı ilə əməliyyat şirkətinin yaradılması nəzərdə tutulub. İnvestisiya şirkətinin layihədə iştirak payının yuxarı həddi 25% həcmində müəyyən olunub. İnşa olunacaq anbarların yeri, sayı, sahəsi və digər göstəricilər layihənin texniki-iqtisadi əsaslandırılması aparıldıqdan sonra müəyyən olunacaq.
|