in English





























Korporativ elektron poçt

@aic.az
login
Azərbaycan İnvestisiya Şirkəti tərəfindən "Azərbaycan Duz İstehsalat Birliyi" qapalı səhmdar cəmiyyətinin nizamnamə kapitalına investisiya qoyuluşu barədə qərar qəbul olunmuşdur
02.07.2007

Azərbaycan İnvestisiya Şirkətinin Müşahidə Şurasının 29 iyun  2007-ci il tarixli iclasında "Azərbaycan Duz İstehsalat Birliyi" qapalı səhmdar cəmiyyətinin nizamnamə kapitalına investisiya qoyuluşu barədə qərar qəbul olunmuşdur.

Azərbaycan İnvestisiya Şirkətinin investisiya qoyuluşunun məbləği 2.900.000 ABŞ dolları təşkil edir. Tərəflər arasında bağlanacaq müqaviləyə uyğun olaraq investisiya qoyuluşu nəticəsində Azərbaycan İnvestisiya Şirkəti "Azərbaycan Duz İstehsalat Birliyi" QSC-nin nizamnamə kapitalının 25%-ni əldə edəcək.

İnvestisiya layihəsinin əsas məqsədi Masazır qəsəbəsində yodlaşdırılmış və rafinadlaşdırılmış qida duzunun istehsalı üzrə zavodun inşasından ibarətdir. BMT-nin UNİCEF təşkilatının donor dəstəyi ilə keçirilmiş "Universal duz yodlaşdırılması (UDY) və yod defisiti problemi (YDP)" adlı layihənin nəticələri yod çatışmazlığı məsələsinin aktuallığını bir daha göstərmişdir. Bu baxımdan sözü gedən layihənin müvəffəqiyyətlə gerçəkləşdirilməsi yod çatışmazlığı ilə bağlı xəstəliklərin qarşısının alınmasında müstəsna rol oynayacaqdır. 

Zavod üçün xammal Masazır gölündən və Türkmənistanda yerləşən yataqlardan əldə olunacaq. 

Zavodda sutkada 100 ton, illik 30 min ton yodlaşdırılmış qida duzu istehsal edilməsi nəzərdə tutulur.