in English





























Korporativ elektron poçt

@aic.az
login
Azərbaycan İnvestisiya Şirkəti tərəfindən "Sanqaçal Qaradağ neft və qaz terminalı" qapalı səhmdar cəmiyyətinin nizamnamə kapitalına investisiya qoyuluşu barədə qərar qəbul olunmuşdur.
02.07.2007

Azərbaycan İnvestisiya Şirkətinin Müşahidə Şurasının 29 iyun  2007-ci il tarixli iclasında "Sanqaçal Qaradağ neft və qaz terminalı" qapalı səhmdar cəmiyyətinin nizamnamə kapitalına investisiya qoyuluşu barədə qərar qəbul olunmuşdur.

Azərbaycan İnvestisiya Şirkətinin investisiya qoyuluşunun məbləği 9.000.000 ABŞ dolları təşkil edir. Tərəflər arasında bağlanacaq müqaviləyə uyğun olaraq investisiya qoyuluşu nəticəsində Azərbaycan İnvestisiya Şirkəti "Sanqaçal Qaradağ neft və qaz terminalı" QSC-nin nizamnamə kapitalının 25%-ni əldə edəcək.

İnvestisiya layihəsinin əsas məqsədi Azərbaycanın Qaradağ rayonu ərazisində neft və qaz terminalının inşasından ibarətdir. Həmin terminal vasitəsilə Qara dəniz sahilində yerləşən terminallara və Bakı-Tiflis-Ceyhan əsas boru kəməri ilə Ceyhan limanına daşınacaq xam neftin Qazaxstan və Türkmənistandan qəbulu, habelə Azərbaycan xam neftinin ötürülməsi nəzərdə tutulub.

Terminalın həcmi ilkin mərhələdə illik 12 milyon ton (10 mln. ton neft və 2 mln. ton kondensat) olaraq nəzərdə tutulur və bu həcmin gələcəkdə 40 milyon tona qədər artırılması mümkündür.