in English





























Korporativ elektron poçt

@aic.az
login
Avropa Birbaşa İnvestisiyalar və Vençur Kapitalı Assosiasiyasının Simpoziumu
20.06.2007

Azərbaycan İnvestisiya Şirkətinin İcraçı direktorunun müavini Riad Qasımov 13-15 iyun 2007-ci il tarixlərində İtaliyanın paytaxtı Romada Avropa Birbaşa İnvestisiyalar və Vençur Kapitalı Assosiasiyasının təşkil etdiyi Simpoziumda iştirak etmişdir. Simpoziumda R.Qasımov Azərbaycanın investisiya potensialı və Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti, məqsədləri və imkanları barədə geniş prezentasiya ilə çıxış etmişdir.   

Bununla yanaşı, o, bir sıra beynəlxalq maliyyə qurumlarının və xarici investisiya şirkətlərinin rəhbərləri ilə danışıqlar aparmış və Azərbaycanın qeyri-neft sektorunda potensial maraqlı layihələr və həmin layihələrdə həmin qurumların Azərbaycan İnvestisiya Şirkəti ilə birgə iştirakı perspektivlərini müzakirə etmişdir.