"Azərbaycan İnvestisiya Şirkəti" açıq səhmdar cəmiyyətinin rəsmi veb-saytı istifadəyə verilmişdir.
14.06.2007
Hörmətli xanımlar və cənablar! Bu gün "Azərbaycan İnvestisiya Şirkəti" açıq səhmdar cəmiyyətinin rəsmi veb-saytı istifadəyə verilmişdir. Sayt www.aic.az ünvanında yerləşir. Saytda Siz Azərbaycan İnvestisiya Şirkəti haqqında ümumi məlumatı, onun fəaliyyətinin prinsipləri, investisiya qoyuluşları qaydaları, investisiya layihələri, Şirkətlə əməkdaşlığın şərtləri, Şirkətin xarici əlaqələri və sair bu kimi məlumatları əldə edib, investisiya fəaliyyətinə dair rəsmi sənədlərlə və Şirkət barədə xəbərlərlə tanış ola bilərsiniz. Sizi saytımızı ziyarət etməyə dəvət edirik.
|