Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə Küveyt Maliyyə Evi (Kuwait Finance House) arasında Anlaşma Memorandumu imzalanmışdır.
24.05.2007
2007-ci il may ayının 1-də Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə Küveyt Maliyyə Evi (Kuwait Finance House) arasında Anlaşma Memorandumu imzalanmışdır. Anlaşma Memorandumuna əsasən AİŞ ilə KME tərəfiindən birgə investisiya qurumunun yaradılması planlaşdırılır. Sözü gedən qurumun Azərbaycan Respublikasında bir sıra sahələrdə birgə investisiya layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Qurumun səhmlərinin 25%-i AİŞ-nə, 75% isə KME-nə məxsus olması planlaşdırılır. Anlaşma Memorandumunda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasında investisiya mühitinin daha da inkişaf etdirilməsinə və ölkəmizdə daha da çox biznes layihələrinin gerçəkləşdirilməsi üçün şərait yaradacaq.
|