9-cu Qlobal Birbaşa İnvestisiyalar Konfransı
24.05.2007
Azərbaycan İnvestisiya Şirkətinin İcraçı direktorunun müavini cənab Riad Qasımov 9-11 may 2007-ci il tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Maliyyə Korporasiyası (İFC) ilə İnkişaf edən Bazarlara Birbaşa İnvestisiyalar Assosiasiyasının (EMPEA) birgə keçirdiyi 9-cu Qlobal Birbaşa İnvestisiyalar Konfransında iştirak etmişdir. Konfrans çərçıvəsində cənab Riad Qasımov Azərbaycanın investisiya potensialı və Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti, məqsədləri və imkanları barəsində geniş prezentasiya ilə çıxış etmişdir. Bununla yanaşı, bir sıra beynəlxalq maliyyə qurumlarının və xarici investisiya şirkətlərinin rəhbərləri ilə danışıqlar aparımış və Azərbaycanın qeyri-neft sektorunda potensial maraqlı layihələr və həmin layihələrdə həmin qurumların Azərbaycan İnvestisiya Şirkəti ilə birgə iştirakı perspektivləri müzakirə edilmişdir.
|