Azərbaycan İnvestisiya Şirkəti ilə "Azersun Holding" Şirkətlər Qrupu arasında Anlaşma Memorandumu imzalanmışdır.
02.04.2007
Ölkə iqtisadiyyatının qeyri-neft sahələrinə investisiyaların təşviqi üzrə aparılan tədbirlər çərçivəsində Azərbaycan İnvestisiya Şirkəti yeni layihənin gerçəkləşdirilməsində iştiraka dair Anlaşma memorandumu imzalamışdır.
"Azersun Holding" Şirkətlər Qrupu ilə birgə həyata keçiriləcək bu layihə günün aktual məsələlərindən biri olan yod çatışmazlığının aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir.
Layihəyə əsasən yodlaşdırılmış və rafinadlaşdırılmış süfrə duzunun istehsalı üzrə zavodun inşası nəzərdə tutulub. Zavodun fəaliyyəti nəticəsində gündəlik ən azı 100 ton süfrə duzunun və 30 ton mexaniki təmizləmədən keçmiş duzun istehsal olunacağı planlaşdırılır. Yodlaşdırılma prosesi üçün duz Masazır gölündən və Türkmənistanda yerləşən yataqlardan əldə olunacaq.
İlkin razılaşmaya görə İnvestisiya Şirkətinin layihədə payı təxminən 25% təşkil edəcək.
|