in English





























Korporativ elektron poçt

@aic.az
login
Azərbaycan İnvestisiya Şirkəti Baku-Tel 2008 Sərgisində iştirak edəcəkdir
05.11.2008

Bakı, Azərbaycan, 5 noyabr, 2008-ci il: Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) 11-14 noyabr tarixində Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək Baku-Tel 2008 Sərgisində iştirak edəcəkdir. AİŞ-in fəaliyyəti, layihələri və şirkətlə əməkdaşlıq imkanları haqqında məlumatları T310 nömrəli stenddən əldə etmək mümkün olacaqdır.

 

Yarandığı gündən başlayaraq AİŞ, kommersiya baxımından səmərəli olan layihələrə investisiya yatırmaqla beynəlxalq maliyyə və biznes standartlarını təşviq edərək, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun aparıcı sənayelərinın inkişafı üçün maliyyə imkanlarını yaratmışdır.

 

AİŞ "Qaradağ Sement" zavodunun istehsal gücünün artırılmasına dəstək vermiş, yerli süd məhsulları bazarda aparıcı istehsalçılarından biri olan "Milk-Pro"-nun istehsal gücünün və yeni süd zavodunun inşasında kömək etmiş, yod çatışmazlığı səbəbindən yayılmış xəstəliklərin aradan qaldırılması üçün Masazır qəsəbəsi ərazisində yodlaşdırılmış və rafinadlaşdırılmış qida duzunun istehsalı üzrə zavodun inşasını dəstəkləmiş, quşçuluq sənayesinin aparıcı şirkətlərdən biri olan "Dəvəçi-Broyler"də yeni istehsalat texnologiyalarının tətbiqinə təkan vermiş, ölkənin tranzit imkanlarının genişləndirilməsi məqsədi ilə Sənqəçal neft və qaz terminalının tikintisində iştirak etmiş, yerli bazara daha geniş həcmdə maliyyə xidmətlərini təklif etmək məqsədi ilə "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti"nin yaradılmasında iştirak etmişdir.
Hal-hazırda AİŞ, öz fəaliyyətini genişləndirmək istəyən təşkilatların səhmlərini almaqla, habelə onların nizamnamə kapitalında iştirak payını əldə etməklə, telekommunikasiya sektorunda müddətli investisiya qoyuluşu imkanlarını araşdırır.

 

AİŞ Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2006-cı ilin mart ayında yaradılmışdır. Şirkətin ilkin kapitalı 90 (doxsan) milyon manatdır. Şirkətin investisiya fəaliyyətinin məqsədi əsasən Azərbaycan iqtisadiyyatının qeyri-neft sahələrinə investisiya qoyuluşlarının edilməsi, habelə yerli və xarici investorların cəlb edilməsindən ibarətdir.
AİŞ-in T310 nömrəli stendi Bakı-Tel 2008 sərgisində hər gün saat 9:00 dan 17:30-a qədər fəaliyyət göstərəcək.

 

Azerbaijan Investment Company is participating at the Baku-Tel 2008 Exhibition