Azərbaycan İnvestisiya Şirkəti sahibkarları Şəki İnvestisiya Konfransına dəvət edir
12.02.2009
Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə birgə 3 mart 2009-ci il tarixində, saat 10:00-da Şəki rayonunda yerləşən Şəki Saray Otelində "Şəki İnvestisiya Konfransı"nı keçirəcək. Regionun biznes dairələrinin nümayəndələri, xammal təchizatçıları və kütləvi informasiya vasitələrinin nümayəndələri bu bir günlük konfransa dəvət olunurlar. Konfransda AİŞ və USAID-in icraçı tərəfdaşı olan "Chemonics İnternational" şirkəti AİŞ-in fəaliyyəti və layihələri, əməkdaşlıq imkanları və bu yaxınlarda başlamış USAID "Özəl Sektorun Rəqabət Qabiliyyətinin Gücləndirilməsi" Proqramı (PSCEP) barədə məlumat verəcəklər. AİŞ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2006-cı ilin mart ayında yaradılmış dövlət şirkətidir. AİŞ-in əsas məqsədi ölkə iqtisadiyyatının qeyri-neft sektoruna yerli və xarici birbaşa investisiyaların cəlb olunmasına dəstək olmaq və müxtəlif layihələrin birgə maliyyələşdirilməsidir. Azərbaycan Hökumətinin dəstəyi ilə USAİD-in "PSCEP" proqramı iqtisadiyyatın altı əsas sektorunda və səkkiz alt-sektorunda rəqabətədavamlılığı yaxşılaşdırmaq məqsədini daşıyır. Nəzərdən keçirilən potensial sektorlara kənd təsərrüfatı məhsullarının (meyvə-tərəvəz) tədarükü və emalı, süd məhsullarının istehsalı, informasiya və kommunikasiya texnologiyaları, yüngül sənaye və qablaşdırma sahələri daxildir. Şəki İnvestisiya Konfransında iştirak etməkdə marağı olan şəxslərdən AIŞ-in İnvestorlarla Əlaqələr Şöbəsi ilə Nbabayeva@aic.az e-poçtu vasitəsilə yaxud (012) 437 15 73 və (012) 437 29 09 telefonlarla əlaqə saxlamaq xahiş olunur.
|