Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri cənab Şahin Mustafayev AİŞ-nin Müşahidə şurasının sədri təyin edilmişdir.
27.02.2009
Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2009-cu il tarixli 61 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Abdulla oğlu Mustafayev "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin Müşahidə şurasının sədri təyin edilmişdir. Bununla əlaqədar olaraq, «İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli 1395 nömrəli Sərəncamına müvafiq dəyişikliklər edilmişdir.
|