Azərbaycan İnvestisiya Şirkəti ilə "MKT İK" məhdud məsuliyyətli cəmiyyəti ("MKT") arasında Anlaşma Memorandumu imzalanmışdır.
22.04.2008
Azərbaycan İnvestisiya Şirkəti ilə "MKT İK" məhdud məsuliyyətli cəmiyyəti ("MKT") arasında pambıq parça, trikotaj və toxuma istehsalının təmin edilməsi, o cümlədən "Sumqayıt Xovlu İplik" ASC-də yenidənqurma işlərinin maliyyələşdirilməsi məqsədilə, investisiya qoyuluşunun həyata keçirilməsi imkanları barəsində Anlaşma Memorandumu imzalanmışdır.
Memorandumda AİŞ-in payının 25%-dən artıq olmaması şərti ilə müddətli investisiya qoyuluşu vasitəsilə "MKT"-nin nizamnamə kapitalının artırılması nəzərdə tutulur. Memoranduma müvafiq olaraq tərəflər arasında layihələrin qiymətləndirilməsi, maliyyə hesabatlarının hazırlanması və digər istiqamətlərdə də əməkdaşlığa dair razılaşma əldə olunmuşdur.
|