in English





























Korporativ elektron poçt

@aic.az
login
“Küveyt-Azərbaycan İnvestisiya Şirkəti” QSC təsis edilmişdir
30.03.2009

Ölkə rəhbərliyi tərəfindən neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafına böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, 2008-ci ildə qeyri-neft sektorunda 15,7%-lik artıma nail olunmuş, özəl bölmənin ÜDM-dəki payı 85%-ə çatmışdır. Dünyadakı iqtisadi böhrana baxmayaraq, uğurla aparılan iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatına, xüsusilə də qeyri-neft sektoruna investisiya qoyuluşları davam edir. Bu sahədə Azərbaycan İnvestisiya Şirkətinin səmərəli fəaliyyətinin təmin olunması, onun xarici maliyyə institutları ilə əlaqələrinin genişləndirilməsi önəmlidir.

 

Martın 30-da Azərbaycan İnvestisiya Şirkəti ilə Küveyt Maliyyə Evinin törəmə şirkəti olan "Turkapital" arasında birgə "Küveyt-Azərbaycan İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyətinin təsis edilməsinə dair Səhmdarlar Razılaşması imzalanmışdır. Sənədi Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev və "Turkapital"ın İdarə Heyətinin sədri Fəvvaz əl-İssa imzalamışlar. Sənədə əsasən, yeni yaradılan "Küveyt-Azərbaycan İnvestisiya Şirkəti" QSC qeyri-neft sektorunun müxtəlif sahələrinə xarici investisiyaların cəlb edilməsini, yerli müəssisələrə sərmayə qoyuluşlarını, maliyyə sahəsində məsləhət xidmətlərinin göstərilməsini və s. həyata keçirəcəkdir. Şirkətin nizamnamə kapitalı ilkin mərhələdə 500 min ABŞ dolları təşkil edəcək və səhmdarlar arasında "Turkapital" - 75% və AİŞ - 25% nisbətləri ilə bölüşdürüləcəkdir.

 

Şirkətin nizamnamə kapitalının 2 il ərzində 20 mln. ABŞ dolları səviyyəsinə çatdırılması nəzərdə tutulur. Nizamnamə kapitalının artırılması yuxarıda qeyd olunan faiz nisbətlərinə uyğun olaraq aparılacaqdır.