in English





























Korporativ elektron poçt

@aic.az
login
OPEC-in Beynəlxalq İnkişaf Fondu ilə əməkdaşlıq imkanları müzakirə olunub
03.04.2009

 

Aprelin 3-də Azərbaycan İnvestisiya Şirkətində Neft İxracatçısı Ölkələri Təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondunun (OFİD) nümayəndəsi xanım Ramina Samii ilə görüş keçirilmişdir. Tədbirdə Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev və bank sektorunun nümayəndələri Azərbaycanın investisiya imkanları, biznes layihələrinin maliyyələşdirilməsi mexanizmləri barədə təqdimatlarla çıxış etmişlər.

 

Görüşdə Azərbaycan İnvestisiya Şirkətinin və Sahibkarlığa Kömək Milli Fondunun həyata keçirdiyi layihələrlə bağlı OPEC-in Beynəlxalq İnkişaf Fondunun nümayəndəsinə məlumat verilmiş, Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində əməkdaşlıq imkanları müzakirə edilmişdir.