Azərbaycan-Sloveniya Biznes Forumu çərçivəsində Dəyirmi Masalar keçirilib
09.11.2009
Azərbaycan-Sloveniya Biznes Forumu çərçivəsində noyabrın 9-da İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə informasiya-kommunikasiya texnologiyaları, maliyyə, sənaye, inşaat, ticarət, xidmət, turizm və təhlükəsizlik sahələri üzrə Dəyirmi Masalar keçirilmişdir. İnformasiya-kommunikasiya texnologiyaları üzrə keçirilən Dəyirmi Masada Azərbaycan tərəfdən müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, "Sinam", "Aztelecom", "Azerfon" MMC, "Caspel" MMC, "Azel", "Bakcell", "Azercell", "Catel" və s. şirkətlərin nümayəndələri iştirak etmişlər. Sloveniya tərəfi isə tədbirdə "Hermes Softlab", "İnfotehna", "İskratel d.o.o.", "Globtel d.o.o.", "Robotina Ltd", "Softnet d.o.o.", "Najdi.si" kimi şirkətlərin nümayəndələri ilə təmsil olunmuşdur. Dəyirmi Masada şirkətlərin təqdimatları keçirilmiş, İKT sahəsində tətbiq edilən qabaqcıl texnologiyalar və yeniliklər barədə fikir mübadiləsi aparılmış, əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunmuşdur. Azərbaycan və Sloveniyanın 30-a yaxın şirkətinin iştirak etdiyi sənaye və maşınqayırma sektoru üzrə Dəyirmi Masada bu sahələr üzrə qabaqcıl təcrübələr barədə fikir mübadiləsi aparılmış, əlaqələrin daha da intensivləşdirilməsinin əhəmiyyəti vurğulanmış, iş adamları arasında sənayenin müxtəlif sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. İnşaat, ticarət, xidmət və turizm üzrə Dəyirmi Masada hər iki ölkənin investisiya mühiti və biznes imkanları, turizm potensialı, tikinti sektoru və ticarət əlaqələri barədə məlumat verilmiş, bu sahələrdə əməkdaşlıq imkanları müzakirə edilmişdir. Tədbirdə ölkəmiz Azərbaycan Ticarət və Sənaye Palatası, "Paşa İnşaat", "İSR Holdinq", "Akkord", "Altes Group", "Azərsun Holdinq", "Gilan Turizm", "Ata Turizm", "Paşa Travel" və digər şirkətlərlə, Sloveniya tərəfi isə bu ölkənin Ticarət və Sənaye Palatası, "Trimo Grup", "Kovit Projekti", "Globus Mednarodna", "Adria Kombi" və s. şirkətlərlə təmsil olunmuşdur. Dəyirmi Masada həmçinin, iştirakçı şirkətlərin təqdimatı keçirilmişdir. Maliyyə sektoru üzrə Dəyirmi Masada Azərbaycan İnvestisiya Şirkətinin və onun törəmə şirkətlərinin, Bakı Fond Birjasının, Azərbaycan Beynəlxalq Bankı, "Paşa Bank", "Atabank" və s. kommersiya banklarının nümayəndələri, Sloveniya tərəfdən isə "S.t. Hammer", "STBM", "Korona", "Agencija İmelda" və s. şirkətlər və kommersiya banklarının təmsilçiləri iştirak etmişlər. Tədbirdə Azərbaycan İnvestisiya Şirkətinin təqdimatı keçirilmiş, hər iki ölkənin maliyyə - bank sistemi barədə məlumat verilmiş, işgüzar əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə olunmuşdur. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Beynəlxalq Minaların Təmizlənməsi və Zərərçəkənlərə Kömək Fondunun, həmçinin hər iki ölkənin bu sahədə fəaliyyət göstərən qabaqcıl şirkətlərinin - "Kaspi-Yıldız", "A+A Security" MMC, "Roman Mursec s.p.", "Protect-İnfra" iştirak etdiyi təhlükəsizlik üzrə Dəyirmi Masada isə təcrübə mübadiləsi aparılmış və əməkdaşlıq imkanları müzakirə edilmişdir. Azərbaycan-Sloveniya Biznes Forumu çərçivəsində keçirilən tədbirlərdə Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığı qeyd edilmiş, iş adamları arasında əlaqələrin genişlənməsində bu cür tədbirlərin xüsusi əhəmiyyəti vurğulanmışdır.
|