in English





























Korporativ elektron poçt

@aic.az
login
Bu gün Londonda I Beynəlxalq Azərbaycan İnvestisiya Sammiti başlayır
09.12.2009

 

Dekabrın 8-də Londonda I Beynəlxalq Azərbaycan İnvestisiya Sammiti öz işinə başlayır. Tədbirdə Azərbaycanı aidiyyəti dövlət qurumlarının nümayəndələri, həmçinin iş adamları təmsil edirlər.

 

Sammitdə İqtisadi İnkişaf nazirinin müavini Sevinc Həsənovanın Azərbaycan iqtisadiyyatı, aparılan islahatlar və qazanılmış uğurlar, ölkəmizin investisiya mühiti barədə, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayevin, "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti"nin icraçı direktoru Toğrul Köçərlinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Adil Məmmədovun Azərbaycanın biznes imkanlarına dair təqdimatlarla çıxışları gözlənilir.

 

Adam Smit İnstitutu tərəfindən təşkil edilən I Beynəlxalq Azərbaycan İnvestisiya Sammiti dekabrın 9-a qədər davam edəcək.