in English



























Korporativ elektron poçt

@aic.az
login
Masazırda duz zavodu tikilir
10.02.2010

Dünyanın bir sıra regionlarında olduğu kimi, Cənubi Qafqazda da insanların yod çatışmazlığı problemi mövcuddur. Əhalinin istehlakında və insan orqanizminin yoda olan tələbatının təmin edilməsində duz vacib qida məhsullarındandır.

 

Vətəndaşların yodlaşdırılmış, keyfiyyətli duz ilə təminatını yaxşılaşdırmaq məqsədilə Abşeron rayonunun Masazır qəsəbəsində yodlaşdırılmış və rafinadlaşdırılmış qida duzu zavodu inşa olunur.

 

Layihənin həyata keçirilməsi məqsədilə "Azərbaycan İnvestisiya Şirkəti" ASC və "Azərsun Holdinq" MMC-nin təsisçiliyi ilə "Azərbaycan Duz İstehsalat Birliyi" QSC yaradılmışdır. Səhmdar Cəmiyyətdə Azərbaycan İnvestisiya Şirkəti 25% (təqribən 1,9  mln. manat),  "Azərsun Holdinq" MMC isə 75%-lik (təqribən 5,6 mln. manat) paya malikdir.

 

İldə 60 min tona yaxın duz istehsal edə biləcək zavodun tikintisi layihəsinin dəyəri 12 milyon manatdır. Zavodun 2010-cu ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır.

 

Qida duzu zavodunun tikintisi Azərbaycanda yodlaşdırılmış duza olan tələbatın ödənilməsinə imkan yaradacaq.