in English





























Korporativ elektron poçt

@aic.az
login
Azərbaycan İnvestisiya Şirkəti və "Ernst & Young" audit şirkəti arasında audit xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanılmışdır.
02.04.2008

Azərbaycan İnvestisiya Şirkətinin Müşahidə Şurasının "Ernst &Young" audit şirkətinin AİŞ-in kənar auditoru qismində çıxış etməsi haqqında 29 yanvar 2008-ci il tarixində qəbul edilmiş qərarına əsasən, 03 mart 2008-ci il tarixində Azərbaycan İnvestisiya Şirkəti və "Ernst &Young" audit şirkəti arasında audit xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanılmışdır.

Müqaviləyə əsasən "Ernst &Young" audit şirkəti, Azərbaycan İnvestisiya Şirkətinin 2007-2009-cu illər üçün beynəlxalq maliyyə hesabatları standartlarına uyğun olaraq hazırlanan maliyyə hesabatlarının auditini həyata keçirəcəkdir.2006-cı ildən fəaliyyət göstərən Azərbaycan İnvestisiya Şirkətinin auditinin dünya miqyasında tanınmış iri və təcrübəli audit şirkətlərinin birisi tərəfindən aparılması bir daha AİŞ-in fəaliyyətinin ən yüksək beynəlxalq standartlara uyğun qurulmasından və Şirkətin xarici investorlar üçün daha da cəlbedici tərəfdaş olması niyyətindən xəbər verir.

Ernst & Young Azərbaycan, peşəkar xidmətlərin göstərilməsində qlobal lider, maliyyə hesabatlarının keyfiyyətini təkmilləşdirmək üçün səylərini əsirgəmir. 140 ölkədə 133,000 işçi audit, mühasibat uçotu, vergi məsələləri və iqtisadi əməliyyatlar sahələrində təməl biliklərimizə əsaslanaraq, mürəkkəb xidmətlərin göstərilməsində ən yüksək səviyyəli düzlük, keyfiyyət və peşəkarlığa sadiq qalırlar. Ernst & Young bütün MDB-də on üç ofisdə çalışan 3,000 əməkdaşı vasitəsilə xidmətlər təklif edir.