in English





























Korporativ elektron poçt

@aic.az
login
Azərbaycan-İsveçrə əlaqələri inkişaf edir
12.05.2010

Mayın 12-də Bakı Biznes Mərkəzində İsveçrə-Azərbaycan Dostluq Qrupunun üzvləri, bu ölkənin energetika sahəsində fəaliyyət göstərən özəl şirkətlərinin təmsilçiləri ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan İnvestisiya Şirkətinin nümayəndələri arasında görüş keçirilmişdir.

 

Tədbirdə çıxış edən İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan iqtisadiyyatı, aparılan islahatlar və əldə edilmiş uğurlar barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, Azərbaycan Avropa ölkələri ilə, həmçinin İsveçrə ilə əlaqələrin inkişafına xüsusi önəm verir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsveçrəyə, İsveçrə Konfederasiyasının Prezidenti cənab Paskal Kuşpenin Azərbaycana rəsmi səfərləri iki ölkə arasında əlaqələrin inkişafında xüsusilə əhəmiyyətlidir. İsveçrə Konfederasiyası Azərbaycanın qeyri-neft sektorunda ən böyük investorlardandır. 2008-ci illə müqayisədə ötən il Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsi 26%-ə yaxın artmışdır.

 

Bununla belə, Azərbaycan və İsveçrə arasındakı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu imkanlardan istifadə etməklə əlaqələri daha da inkişaf etdirmək mümkündür. Nazir müavini Niyazi Səfərov çıxışının sonunda əməkdaşlığın inkişafında biznes forumların, işgüzar görüşlərin əhəmiyyətini vurğulamış, iş adamlarını əlaqələrini daha da genişləndirməyə, investisiya layihələrində birgə iştiraka dəvət etmişdirİsveçrənin Enerji üzrə Federal ofisinin direktoru Volter Steinman Azərbaycandakı iqtisadi inkişafdan məmnunluğunu qeyd etmiş, ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.

 

Tədbirdə AZPROMO-nun prezidenti Adil Məmmədov ölkəmizin investisiya mühiti və ixrac imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat vermişlər.Tədbirdə həmçinin, İsveçrənin energetika sahəsində fəaliyyət göstərən özəl şirkətlərinin nümayəndələri təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat vermişlər.