in English





























Korporativ elektron poçt

@aic.az
login
İslam İnkişaf Bankına üzv ölkələrin iştirakı ilə Strateji Tərəfdaşlıq Forumu keçirilmişdir
22.06.2010

İslam İnkişaf Bankının 35-ci İllik Toplantısı çərçivəsində iyunun 22-də "Gülüstan" sarayında İslam İnkişaf Bankına üzv ölkələrin iştirakı ilə Strateji Tərəfdaşlıq Forumu keçirilmişdir.

 

Tədbirdə çıxış edən İqtisadi İnkişaf naziri cənab Şahin Mustafayev Strateji Tərəfdaşlıq Forumunun ilk iclasının Bakıda keçirilməsindən məmnunluğunu ifadə etmiş, tədbirin Banka üzv ölkələr arasında əlaqələrin daha inkişafında əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, İslam İnkişaf Bankı yarandığı vaxtdan üzv dövlətlərin institusional potensialının artırılması və hərtərəfli inkişafında mühüm rol oynayır və Bankın sazişində davamlı və balanslaşdırılmış inkişafa nail olmaq üçün müsəlman dövlətləri arasında qarşılıqlı maliyyə və iqtisadi əməkdaşlıq ən yaxşı vasitə kimi tövsiyə edilir. Cənab Şahin Mustafayev iqtisadi inkişaf proqramlarının sürətləndirilməsi və diversifikasiyası üçün strateji alət hesab edilən "Üzv Ölkələrin Strateji Tərəfdaşlıq" təşəbbüsünün İslam İnkişaf Bankının digər təşəbbüsləri kimi bütün üzv ölkələr üçün faydalı olacağına əminliyini vurğulamışdır.

 

Forumda çıxış edən İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli Strateji Tərəfdaşlıq Forumunun İslam İnkişaf Bankının üzv dövlətlərinin çoxtərəfli inkişafına təkan verəcəyini qeyd etmiş, Foruma ev sahibliyi etdiyi üçün ölkə rəhbərliyinə təşəkkür etmişdir.

 

Tədbir İslam İnkişaf Bankına üzv ölkələr arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı müzakirələrlə davam etmişdir.