in English





























Korporativ elektron poçt

@aic.az
login
Holcim Group və AİŞ, sonuncunun Azərbaycanın ən böyük sement zavodu "Qaradağ Sement" ASC-nin kapitalında iştirakına dair razılıq əldə etdilər.
15.02.2008

Azərbaycanın ən böyük sement istehsalçısı "Qaradağ Sement" ASC "Azərbaycan İnvestisiya Şirkəti"-ni yeni investor olaraq alqışlayır. AİŞ 13,7 milyon Avro müqabilində "Qaradağ Sement" ASC-nin kapitalından 10%-lik payı müəssisənin əsas səhmdarı və hal-hazırda 79,4 % səhm paketinə malik olan  "Holcim Group" şirkətindən satın alır.

İmzalanacaq müqaviləyə əsasən, "Azərbaycan İnvestisiya Şirkəti" yüksək keyfiyyətli istehsalın təmin olunması və ətraf mühitə atılan tullantıların azalmasına nail olmaq məqsədilə "Qaradağ Sement" zavodunda hazırkı qurğuların təkmilləşdirilməsinə yardım göstərəcək, eyni zamanda zavodun yenidən qurulmasında  və yeni quru-soba istehsal xәttinin inşasında potensial iştirak imkanlarından yararlanacaqdır. Yeni soba texnologiyası sement istehsalının artmasına, xammal və enerji məsrəflərinin azalmasına imkan yaradır və ətraf mühitə olan təsirin azaldılmasını təmin edir. Yeni soba layihəsinin həyata keçirilməsi üçün səlahiyyətli orqanların tam dəstəyi vacibdir. Buna görə də tikinti işləri yalnız müəyyən şərtlər yerinə yetirildikdən sonra, yəni xammal yataqları, torpaq bölgüsü və icazələrlə əlaqədar təminatlar alındıqdan sonra başlana bilər."Qaradağ Sement" ASC Azərbaycanda ən iri klinker və sement istehsalçısıdır. Zavod 1999-cu  ildə özəlləşdirilmişdir və müəssisənin kapitalının əsas pay sahibi kimi sement, hörgü materialları, beton və digər inşaat xidmətlərinin təchizatı sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan "Holcim Group" çıxış edir. Şirkət dünyanın 70-dən artıq ölkәsinin müəssisələrində əsas və ya kiçik payçı kimi iştirak edir. Təsis olunduğu tarixdən bu günə qədər, "Qaradağ Sement" ASC öz fəaliyyətində gözəl nəticələr əldə etmiş və Azərbaycan bazarında möhkəm mövqe tutmuşdur. 2007-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı "Qaradağ Sement" ASC-nin ümumi kapitalının 10%-lik payını almaqla zavodun səhmdarları sırasına qatılmışdır. 2007-ci ildə şirkətin fəaliyyətinin əsas göstəriciləri kimi 573 işçi və 1,34 milyon ton sement satışını qeyd etmək olar.

"AİŞ" müxtəlif investisiya mexanizmləri vasitəsilə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorundakı layihələri dəstəkləyən, dövlətə məxsus səhmdar cəmiyyətidir. "AİŞ"-nin əsas məqsədləri Azərbaycan sahibkarları ilə birgə müәssisәlәrin (xüsusilə ixrac yönümlü və idxal əvəzləyici) yaradılmasında iştirakdan və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb olunmasının təbliğindən ibarətdir. Bu pay alqısı "AİŞ" tәrәfindәn dəstəklənən altıncı layihə olacaqdır və beləliklə bu günə qədər "AİŞ" tərəfindən qoyulmuş investisiyaların ümumi məbləği 55.2 milyon AZN təşkil edәcәkdir. "AİŞ" pay alqısını hәyata keçirdikdən sonra, "Holcim Qrup" ümumi səhmlərin 69,4 %-nə , AYİB, "AİŞ" və fərdi səhmdarlar isə müvafiq olaraq 10%, 10% və 10,6 % səhm paylarına sahib olacaqdır.