|
Ümumi məlumat
"Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyəti İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli 1395 nömrəli Sərəncamı ilə yaradılmışdır.
Şirkətin investisiya fəaliyyəti əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən kommersiya təşkilatlarının nizamnamə kapitallarnda iştirak paylarının əldə olunması yolu ilə müddətli investisiya qoyuluşlarının həyata keçirilməsindən ibarətdir.
Şirkətin fəaliyyətinin prioritet istiqamətlərindən biri, Azərbaycan müəssisələrinin ixracyönümlü və idxalın əvəzləşdirilməsinə yönəlmiş layihələrində iştirak və həmin layihələrə yerli və ya xarici investorların cəlb edilməsidir.
Fəaliyyətin əsas məqsədləri
· Ölkədaxili kapital bazarının inkişafı
· İnvestisiya mühitinin təkmilləşdirilməsi
· Yerli və xarici investisiyaların ölkə iqtisadiyyatının qeyri-neft sahələrinə cəlb edilməsi
· İnvestisiya qoyuluşu edilən kommersiya təşkilatlarının bazar dəyərinin artırılması |