in English



























Korporativ elektron poçt

@aic.az
login

Beynəlxalq Əməkdaşliq Və AIŞ-in Xarici Əlaqələri

 

 

Avropa Birbaşa İnvestisiyalar və Vençur Kapitalı Assosiasiyası (EVCA)evca [AZ]

 

 

AİŞ 2007-ci ilin əvvəllərində Avropa Birbaşa İnvestisiyalar və Vençur Kapitalı Assosiasiyasına (EVCA) üzv qəbul olunmuşdur.

 

Birbaşa investisiyalar sektorunu təmsil edən EVCA-nın funksiyaları istər Avropa, istərsə də dünya miqyasında öz üzvləri üçün əlverişli şəraitin yaradılmasından ibarətdir. Eyni zamanda 900-dən artıq üzvü olan EVCA-nın funksiyalarına sahəvi araşdırmaların təşviqi, investisiya təşkilatları üçün peşəkar standartların işlənib hazırlanması və üzvlərinin peşəkar inkişafının təmin edilməsi, mövcud problemlərin həlli və təcrübə mübadiləsi istiqamətində üzvləri arasında qarşılıqlı əməkdaşlığın dəstəklənməsi daxildir.

 

 

İnkişaf Edən Bazarlara Birbaşa İnvestisiyalar Assosiasiyası (EMPEA)empea [AZ]

 

AİŞ 2007-ci ildən etibarən İnkişaf Edən Bazarlara Birbaşa İnvestisiyalar Assosiasiyasının (EMPEA) üzvüdür.

 

EMPEA dünyanın bir çox inkişaf edən ölkələrindən olan qurumları öz sıralarına daxil etməklə, həmin ölkələrdə birbaşa investisiyalar üçün daha əlverişli investisiya mühitinin yaradılmasına dəstək göstərilməsi məqsədini daşıyır.

 

AİŞ EMPEA-ya üzv olmaqla, ölkəyə xarici investiyaların cəlb edilməsi, inkişaf edən bazarlarda birbaşa investisiyalar üzrə mövcud tendensiyaların izlənilməsi və özünün investorlar şəbəkəsinin genişləndirilməsi məqsədini daşıyır.

 

 

Beynəlxalq Maliyyə Korporasiyası (IFC)ifc_new [AZ]

 

 

9 Mart 2007 il tarixində Azərbaycan İnvestisiya Şirkəti ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında Anlaşma Memorandumu imzalanmışdır.

Beynəlxalq Maliyyə Korporasiyasının vəzifəsi inkişaf edən ölkələrdə özəl sektora davamlı investisiyaların təşviqindən, yoxsulluğun aradan qaldırmasına yardımın göstərilməsindən və əhalinin həyat səviyyəsinin yaxşılaşdırmasından ibarətdir.

Azərbaycan İnvestisiya Şirkəti ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında imzalanmış Anlaşma Memorandumu tərəflərin aşağıdakı istiqamətlərdə əməkdaşlığını nəzərdə tutur:

 

  • Potensial investisiya obyektlərində korporativ idarəetmənin qiymətləndirilməsi üçün meyarların müəyyən edilməsi
  • Azərbaycan İnvestisiya Şirkətinin potensial investisiya obyektlərinda korporativ idarəetmənin yaxşılaşdırılmasına yardım edən bələdçinin işlənib hazırlanması
  • Seçmə yolu ilə müəyyən edilmiş investisiya obyektlərində korporativ idarəetmənin qiymətləndirilməsi
  • Azərbaycan İnvestisiya Şirkətinin işçi heyəti üçün korporativ idarəetməyə dair təlimlərin keçirilməsi
  • Beynəlxaıq Maliyyə Korporasiyası tərəfindən aidiyyati olan investisiya obyektləri üçün məsləhətlərin verilməsi

 

 

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID)usaid [AZ]

 

AİŞ hal-hazırda USAİD ilə korporativ idarəetmə, investorlarla əlaqələr, investisiyaların qiymətləndirilməsi və idarə edilməsi sahələrinin inkişafı üçün texniki yardımın göstərilməsi üzrə əməkdaşlıq edir.

 

 

 

Çoxtərəfli təşkilatlarla əməkdaşlıqebrd [AZ]

 

AİŞ Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə sıx əlaqələr qurmuşdur. AYİB investisiyaların və fondların idarə edilməsi sahəsində AİŞ-ə texniki yardım göstərməsi ilə yanaşı, AİŞ ilə birgə iki investisiya lahiyəsinin iştirakçısı olmuşdur. AİŞ həmçinin Beynəlxalq Maliyyə Korporasiyası (BMK) ilə əməkdaşlıq edir. BMK bu vaxtadək AİŞ-in investisiya etdiyi şirkətlərə korporativ idarəetmə sahəsində texniki yardım göstərmişdir.  

 

 

Azərbaycanın İxrac və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)azpromo [AZ]

 

Azpromo xarici investorlara yerli investisiya layihələrinin seçilməsi və onların Azərbaycana cəlb olunmasına yardım edir. Fond həmçinin xaricə ixrac etmək istəyən yerli şirkətlərlə əməkdaşlıq edir. Təşkilat Azərbaycan hökuməti ilə yerli istehsalçılar və investorlar arasında dövlət-özəl dialoqunun aparılmasında böyük rol oynayır. AİŞ AZPROMO ilə bir çox istiqamətlər üzrə, o cümlədən xarici ölkələrdə biznes forumlarının təşkil edilməsi və ölkənin qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi sahələrində uğurla əmakdaşlıq edir.