in English



























Korporativ elektron poçt

@aic.az
login

Azərbaycan dünyada ən yüksək sürətlə inkişaf edən iqtisadiyyata malik olan ölkədir

Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.

 

Hal-hazırda Azərbaycan Respublikası dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. 2008-ci ilin birinci yarısının statistik göstəricilərinə əsasən Azərbaycanda ÜDM-in illik artımı 16.5% təşkil edərək, 2008-ci ilin yanvar-iyun aylarında 18,5 mlrd. manata catmışdır. 2007-ci ildə ÜDM artımı 25% olmuşdur.

 

Azərbaycan Respublikasının höküməti ölkəyə qoyulan xarici investisiyaları təşviq edir, və qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası yalnız ÜDM-in yüksək artımında deyil, həmçinin xarici investisiyaların cəlb edilməsində də ölkələr arasında liderlik edir.

 

1995-2007-ci illər ərzində ölkəyə qoyulmuş investisiyaların ümumi həcmi 44,7 mlrd. ABŞ dolları olmuşdur. 2008-ci ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatına cəlb edilmiş kapital investisiyaları 21.7% artaraq, 2,7 mlrd. manat təşkil etmişdir.

 

Azərbaycanın qeyri-neft sektoruna investisiyaların cəlb edilməsinin ən mühüm vasitələrindən biri özəlləşdirmə prosesidir.

 

Xarici şirkətlər, həmçinin ölkəmizdə aparılan özəlləşdirmə prosesində iştirak edə bilərlər. Bununla əlaqədar olaraq, özəlləşdirmə qanunvericiliyində xarici şirkətlərin bu prosesdə iştirakının şəffaf və aydın mexanizmləri nəzərdə tutulmuşdur.

 

Azərbaycan regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirərək və dərinləşdirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilatlara üzv olmuşdur. Azərbaycan Respublikası həmçinin GUAM regional qrupunun təsisçilərindən biridir.

 

Azərbaycan Respublikası Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və s. təşkilatlarla  layihələr həyata keçirir.

 

Ölkə regionlarda təbiətin zənginliyi və rəngarəngliyi burada turizmin müxtəlif növlərinin inkişafına geniş imkanlar yaradır. Respublikanın ərazisində dənizin, dağ istirahət zonasının, mineral və təbii resursların olması da diqqətsiz qala bilməz.