in English



























Korporativ elektron poçt

@aic.az
login

İnvestisiya obyektlərinin seçilməsi meyarları:

 

·         Müəssisənin fəaliyyətinin kommersiya səmərəliliyi;

·         İstehsal olunacaq məhsulların (malların və xidmətlərin) rəqabətədavamlı və əsasən ixracyönümlü və ya idxalı əvəz edən olması;

·         Mühasibatlığın Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun aparılması və ya aparmaq vəzifəsinin öhdəsinə götürməsi;

·         Maliyyə hesabatlarının müstəqil auditor tərəfindən yoxlanılması;

·         Beynəlxalq korporativ idarəetmə prinsiplərinin tətbiq edilməsi, habelə investorların və digər marağı olan şəxslərin hüquqlarının yüksək səviyyədə qorunmasının təmin olunması;

·         Şirkət investisiya obyektinin nizamnamə kapitalında üstün iştiraka malik olmamalıdır;

·         Hər investisiya obyektinə, o cümlədən onun əlaqəli tərəfi hesab edilən təşkilata investisiya qoyuluşunun məbləği Şirkətin məcmu kapitalının 20%-dən çox olmamalıdır;

·         İqtisadiyyatın hər sahəsinə investisiya qoyuluşunun məbləği Şirkətin məcmu kapitalının 35%-nə qədər ola bilər.

 

 

AİŞ-lə birgə investisiya

 

·         Yerli biznes üzrə dərin biliklər

·         Müxtəlif miqyaslı investisiya lahiyələri üzrə əldə olunmuş təcrübə

·         Hüquqi, tənzimləyici və vergi rejimləri üzrə dərin biliklər

·         Dəyərin artırılması prinsipi üzrə investisiya fəaliyyəti

·         Qiymətləndirilmə zamanı birgə qaydada “dyu-dilicens” tədbirlərinin görülməsi və  xərclər  bölgüsünün aparılması

·         Hər bir investisiya layihəsinə xüsusi yanaşma

 

 

Birgə investisiya şirkətlərinin (fondlarının) təsis edilməsi

   

Azərbaycanın qeyri-neft sahələrinə investisiyaların edilməsi məqsədi ilə AİŞ beynəlxalq maliyyə tərəfdaşları ilə birgə investisiya şirkətlərinin (fondlarının) aşağıdakı şərtlərlə yaradılmasında maraqlıdır:

 

·         Hər bir şirkətdə (fondda) AİŞ-in minoritar investor qismində çıxış etməsi

·         Çevik investisiya siyasətinin mövcudluğu

·         Sektorlar üzrə ixtisaslanmış investisiya strategiyası

·         Beynəlxalq investorların birbaşa iştirakı üçün açıqlıq

·         Müstəqil idarəetmə

Azərbaycan İnvestisiya Şirkəti Sizi aşağıdakı istiqamətlərdə əməkdaşlığa dəvət edir:

 

·         İnvestisiya şirkətlərinin və portfel investorların Azərbaycanda həyata keçirilən layihələrin müştərək maliyyələşdirilməsinə cəlb olunmasında;

·         Azərbaycanda yeni texnologiyaların tətbiqinə və investisiya qoyuluşlarının həyata keçirilməsinə qeyri-neft sektorunda fəaliyyət göstərən iri beynəlxalq təşkilatların cəlb edilməsində;

·         Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarında iştirakının təmin edilməsində;

·         Azərbaycan İnvestisiya Şirkətinin istiqrazlarının, o cümlədən aktivlərlə təmin edilmiş istiqrazlarının əldə olunmasına marağı olan potensial investorların cəlb edilməsində;

·         İri maliyyə təşkilatlarının iştirakı ilə birgə investisiya fondlarının yaradılmasında.