Baku Shipyard Company LLC’s capital will be 30 million US dollars.
“Bakı gəmiqayırma zavodu”nun nizamnamə kapitalı 30 mln. dollar təşkil edəcək.
Dövlət
Neft Şirkəti (SOCAR), “Azərbaycan investisiya şirkəti” (AİŞ) və
Sinqapurun “KV Enterprises B.V.” şirkəti (Sinqapurun “Keppel Offshore
and Marine”, KOM şirkətinin törəmə strukturu) şirkətin təsisçiləridir.
Gün.Az-ın Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, zavodun
rəsmi nümayəndəsi Sinqapur vətəndaşı Lox Tax Xuay David təyin edilib.
Qeyd edək ki, 2010-cu il dekabrın 10-da Bakıda yeni gəmiqayırma və təmir
zavodunun tikintisinə dair təsis müqaviləsi imzalanıb. Yeni birgə
müəssisədə SOCAR-ın payı 45%, AİŞ-in payı 25%, KV Enterprises B.V-nin
payı isə 10% təşkil edəcək. Bundan başqa, Sinqapur şirkətinə sonrakı üç
ildə öz payını daha 10% artırmaq hüququ verilir. Yeni gəmiqayırma və
təmir zavodu 2013-cü ilin iyununda fəaliyyətə başlayacaq. Müəssisənin
istehsal gücü ildə 25 000 ton metal konstruksiya təşkil edəcək. Zavod
hər il 15 min ton yük qaldırma qabiliyyətinə malik 4 tanker, 4 təchizat
və ya yedək gəmisi istehsal edəcək.