SAHİBKARLAR
XƏBƏRLƏR ƏLAQƏ

AİŞ-in icraçı direktoru Qətərin “Hassad Food” şirkətinin baş direktoru ilə sərmayə qoyuluşunu müzakirə edib.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) icraçı direktoru və Qətərin “Hassad Food” şirkətinin baş direktoru arasında görüş keçirilib.

Videokonfrans formatda keçirilən görüşdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) icraçı direktoru Ülvi Mansurov Azərbaycanda aparılan uğurlu iqtisadi islahatlar, ölkəmizdə biznes mühitin üstünlükləri, qeyri-neft sektoruna özəl investisiyaların cəlb edilməsi məqsədilə dövlət tərəfindən tətbiq olunan vergi və digər güzəştlər barədə məlumat verib.


“Hassad Food”un baş direktoru şirkətin Azərbaycana sərmayə qoyuluşunda, habelə AİŞ ilə birgə investisiyada maraqlı olduğunu bildirib. 

Qətərin qida təhlükəsizliyinə investisiya yatırmaq məqsədi ilə 2008-ci ildə yaradılmış Hassad Food, Qatar İnvestisiya Təşkilatının (QİA) törəmə şirkətidir. QİA 290 milyard ABŞ dollarından çox vəsaiti idarə edən suveren fondudur.