XƏBƏRLƏR ƏLAQƏ

AİŞ və Qətərin “JTA International Holding Company” şirkəti arasında investisiya əməkdaşlığı məsələləri müzakirə edilib

Videokonfrans formatında keçirilmiş görüşdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov ölkəmizdə aparılan iqtisadi islahatlar, biznes mühitin üstünlükləri, qeyri-neft sektoruna özəl investisiyaların cəlb edilməsi məqsədilə tətbiq olunan güzəştlər barədə məlumat verib.

Qətərin “JTA Holding” şirkətinin baş direktoru təmsil etdiyi təşkilatın Azərbaycanda həyata keçirilən investisiya layihələrinə, habelə AİŞ ilə birgə investisiyada maraqlı olduğunu bildirib.

Şirkətlər investisiya layihələrini birlikdə nəzərdən keçirmək barədə razılığa gəldilər.

Qeyd: 2010-cu ildə qurulan “JTA International Holding Company”, dünyada 29 ofisə və 11 törəmə şirkətə malikdir.