Videokonfrans formatında keçirilmiş görüşdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov ölkəmizdə aparılan iqtisadi islahatlar, biznes mühitin üstünlükləri, qeyri-neft sektoruna özəl investisiyaların cəlb edilməsi məqsədilə tətbiq olunan güzəştlər barədə məlumat verib.
“Qatar Oman Investment Company” şirkətinin baş direktoru təmsil etdiyi təşkilatın Azərbaycanda həyata keçirilən investisiya layihələrinə maraqlı olduğunu bildirib.
Şirkətlər investisiya layihələrini birlikdə nəzərdən keçirmək barədə razılığa gəldilər.
Qeyd: “Qatar Oman Investment Company” Qətər Dövlətinin və Oman Sultanlığının iqtisadi, ticari və sosial inkişafına töhfə vermək üçün 2006-cı ildə qurulmuşdur.