05 fevral, 2021-ci il tarixində "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) ilə “Alman-Azərbaycan Xarici Ticarət Palatası” (AHK) arasında potensial əməkdaşlıq perspektivlərinin müzakirəsinə dair görüş keçirilib.
Videokonfrans formatında keçirilmiş görüşdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov ölkəmizdə aparılan iqtisadi islahatlar, biznes mühitinin üstünlükləri, qeyri-neft sektoruna özəl investisiyaların cəlb edilməsi məqsədilə tətbiq olunan güzəştlər barədə məlumat verib.
"AHK Azərbaycan"ın İcraçı Direktoru Tobias Bauman Azərbaycan və Almaniya arasında tərəfdaşlığın inkişaf etdirilməsi perspektivlərindən danışdı, habelə AİŞ ilə birgə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirdi.
Qeyd: Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 2012-ci ildən etibarən Alman iqtisadiyyatının Azərbaycanda rəsmi nümayəndəliyi olaraq, şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verir.