XƏBƏRLƏR ƏLAQƏ

AİŞ-in icraçı direktoru Ülvi Mansurov onlayn görüşdə təqdimatla iştirak etmişdir.

8 aprel 2021-ci il tarixində “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nın (AİŞ) icraçı direktoru Ülvi Mansurov Fransa Şirkətlər Hərəkatı (“MEDEF International”) və Azərbaycan Fransa Ticarət Palatasının (AF Chamber) birgə təşkilatçılığı ilə keçirilmiş “Azərbaycan İnvestisiya Şirkətinin yeni strategiyası” adlı onlayn görüşdə təqdimatla iştirak etmişdir.

Tədbirdə Fransanın Azərbaycandakı səfiri Zacharie Gross, Azərbaycanın Fransadakı Səfirliyinin ticarət və iqtisadi məsələlər üzrə diplomatı Suliddin Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşfiqi Fondunun (AZPROMO) İcraçı direktoru vəzifəsini icra edən Yusif Abdullayev, MEDEF International-ın Baş direktoru Philippe Gautier, AFchamber-in İdarə Heyətinin sədri Teyba Quliyeva, eləcə də AFchamber və MEDEF International-a üzv olan 50-dən çox şirkətlərin nümayəndələri onlayn görüşdə iştirak etdilər.

Videokonfrans formatında keçirilmiş tədbirin əsas məqsədi iştirakçılara AİŞ-in əsas fəaliyyət istiqamətləri, şirkətin yeni strategiyası və Azərbaycanda mövcud olan investisiya imkanları haqqında məlumatlandırması idi. Tədbirdə AİŞ-in icraçı direktoru Ülvi Mansurov şirkət haqqında geniş təqdimatla yanaşı, ölkəmizdə aparılan iqtisadi islahatlar, biznes mühitin üstünlükləri, qeyri-neft sektoruna özəl investisiyaların cəlb edilməsi məqsədilə tətbiq olunan güzəştlər barədə məlumat verdi.