XƏBƏRLƏR ƏLAQƏ
XƏBƏRLƏR

AİŞ - 15 il

AİŞ - 15 il

30 mart 2021-ci il tarixində "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin (AİŞ) 15 ili tamam oldu.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2006-cı ildə yaradılmışdır. Şirkətin yaradılmasında əsas məqsəd ölkə daxilində və ya xaricində cari və yeni layihələrə investisiya qoyuluşu vasitəsilə ölkənin qeyri-neft sahəsinin inkişaf etdirilməsi, yerli və xarici investisiyaların Azərbaycan iqtisadiyyatına cəlb edilməsi və kapital bazarının inkişafının dəstəklənməsidir. Bu günədək AİŞ müxtəlif nüfuzlu beynəlxalq və yerli investorlarla birgə ümumi dəyəri 860 mln. ABŞ dolları təşkil edən 13 layihəyə təxminən 180 mln. ABŞ dolları dəyərində investisiya yatırmışdır.