7 iyul 2021-ci il tarixində "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) ilə Qətərin “JTA International Holding Company” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədə əsasən, ölkələr arasında ortaq maraq və fəaliyyət istiqamətinə əsaslanan birgə layihələrin həyata keçirilməsi məqsədilə iki şirkət arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi nəzərə tutulur.
Anlaşma Memorandumu 3 il müddətinə imzalanmışdır.
2010-cu ildə yaradılan JTA International Holding Company, müxtəlif sahələrə investisiya yatıraraq texnologiya, sənaye, qida istehsalı, polad istehsalı, neft və qaz, mədən sənayesi, inşaat, konsaltinq, süni intellekt və innovasiya həlləri sahələrində fəaliyyət göstərir.
Baş ofisi Qətərda yerləşən JTA International Holdinqi, dünyanın 32 xarici ofisini idarə edir. Məlumat üçün bildirək ki, "Azərbaycan İnvestisiya Şirkəti" ASC Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" Sərəncamı ilə yaradılıb.
AİŞ-in əsas məqsədi öz vəsaiti hesabına və digər investorları cəlb etməklə Azərbaycanın kommersiya müəssisələrinə müddətli investisiya qoyuluşları etmək və qeyri-neft sektorunun inkişafına töhfə verməkdir.