25 oktyabr 2021-ci il tarixində "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) ilə "CzechTrade" arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədə əsasən, ölkələr arasında ortaq maraq və təcrübəyə əsaslanan birgə fəaliyyət planlarının inkişaf etdirilməsi və həyata keçirilməsi məqsədilə iqtisadi fəaliyyət və ticarətlə məşğul olan iqtisadi strukturlar, biznes assosiasiyaları və şirkətlər arasında yaxın qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində əməkdaşlıq nəzərə tutulur.
Məlumat üçün: "Azərbaycan İnvestisiya Şirkəti" ASC Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" Sərəncamı ilə yaradılıb.
AİŞ-in əsas məqsədi öz vəsaiti hesabına və digər investorları cəlb etməklə Azərbaycanın kommersiya müəssisələrinə müddətli investisiya qoyuluşları etmək və qeyri-neft sektorunun inkişafına töhfə verməkdir.